"The Best": De Byazi və Medvedevin seçimləri bəlli oldu

"The Best": De Byazi və Medvedevin seçimləri bəlli oldu Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.
Futbol
12 Dekabr , 2020 10:05
The Best: De Byazi və Medvedevin seçimləri bəlli oldu

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

“Report” xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Canni De Byazi ilə kapitan Maksim Medvedev iştirak ediblər.

De Byazi və Medvedev eyni şəxslərə səs veriblər. Onlar Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi kimi kimi fərqləndiriblər.

Qeyd edək ki, "The Best" mükafatına namizədlərin yekun "3-lüy"ünə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi və Almaniya "Bavariya"sından Robert Levandovski düşüb.

Ən yaxşı baş məşqçi adına namizədlərin qısa siyahısında isə İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flik qalıb.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi