Teymur Rəcəbov: "Əlimdən gələni etdim"

Teymur Rəcəbov: "Əlimdən gələni etdim" "Bu turnir üçün Caissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biridir".
Futbol
27 Noyabr , 2020 09:52
Teymur Rəcəbov: Əlimdən gələni etdim
Teymur Rəcəbov

"Bu turnir üçün Kaissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biri idi".

"Report" xəbər verir ki, bu fikirləri "Skilling open" turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəsmi tvitter hesabında yazıb.

33 yaşlı qrossmeyster yarışda çoxlu qələbələr qazandığını xatırladıb: "Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır".

Qeyd edək ki, Teymur Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya armageddonda uduzub. Rəcəbov daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi