Tərlan Əhmədov: “Xal itirsək, məyus olardım”

Tərlan Əhmədov: “Xal itirsək, məyus olardım” Bakı. 9 mart. REPORT.AZ/ “Xal itirsək, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm”.
Futbol
9 Mart , 2018 20:25
Tərlan Əhmədov: “Xal itirsək, məyus olardım”

Bakı. 9 mart. REPORT.AZ/ “Xal itirsək, məyus olardım. Azarkeşlərimizi təbrik edirəm”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda “Keşlə” üzərində 3:2 hesablı qələbəni şərh edərkən deyib.

O bildirib ki, pillə-pillə irəliləyirlər və hər oyuna motivasiyalı çıxmağa çalışırlar: “Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Gözəl oyunla qalib gəldik. Oyunun gedişində Rəhman Hacıyevi əvəzləmək istəyirdim, lakin Emin Mahmudovu dəyişdim. O, yaxınlaşıb yorğun olduğunu bildirdi və onu əvəzlədik. Əvvəlcədən də “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdür. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın”.

Son xəbərlər

Orphus sistemi