Tərlan Əhmədov: "Qarabağ"la oyunda istədiyimizin 70 faizini rellaşdıra bilmədik"

Tərlan Əhmədov: "Qarabağ"la oyunda istədiyimizin 70 faizini rellaşdıra bilmədik" "İlk hissədə müdafiəyə qapandıq. Bu, planımızda yox idi"
Futbol
1 Dekabr , 2017 21:26
Tərlan Əhmədov: Qarabağla oyunda istədiyimizin 70 faizini rellaşdıra bilmədik

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Qarabağ”a 0:1 hesabı ilə uduzan "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Fanatlarımıza təşəkkür edirəm. Komandamıza sona kimi dəstək oldular. İki fərqli hissə izlədik. İlk hissədə müdafiəyə qapandıq. Bu, planımızda yox idi. İkinci hissədə isə istədiyimizin 70 faizini rellaşdıra bilmədik. "Qarabağ”a Çempionlar Liqasında uğurlar arzu edirəm.

Krivotsyuk künc zərbələri zamanı rəqibin cərimə meydançasına girə bilmirdi.

- "Qarabağ” bizi əks-hücumlarda yaxalaya bilərdi. Buna görə, Məhəmmədlə Krivotsyuku arxada saxlayırdıq.

Bu gün AFFA İntizam Komitəsi Nizami Hacıyev və Mirhüseyn Seyidovu ömürlük futboldan kənarlaşdırdı. Düşünmürsünüz ki, bu, "Neftçi”yə qarşı atılmış addımdı? Çünki hər iki futbolçunun "Neftçi”yə keçidi gündəmdə idi.

- Məşqçi olaraq İntizam Komitəsinin qərarına hörmətlə yanaşıram. Nizami Hacıyevlə danışıqlarımız olsa da, Mirhüseynlə belə danışığımız olmayıb. Nizami ilə ¼ final oyunundan sonra anlaşmağı planlaşdırmışdıq. Niyə belə olub bilmirəm. İstərdim ki, haqq-ədalət öz yerini tapsın. Mirhüseyn mənim siyahımda olmayıb.

Mirhüseyn Seyidov "Neftçi” ilə oyunda qəsdən zəif çıxış etdiyini dedi. Siz oyun zamanı bunu hiss etdiz?

- Oğru elə bilir ki, hamı oğrudu. Həyatım boyu heç kimi belə bir şeylə ittiham edə bilmərəm. Mən həmişə öz oyunumuza baxıram. Rəqibdə nə baş verdiyi mənim marağımda deyil. Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur, İntizam Komitəsi bunu yaxşı araşdırsın. Bunu "Neftçi” ilə əlaqələndirmək olmaz. Bu gün çox futbolçu "Neftçi”yə keçmək istəyir. Bu o demək deyil ki, bütün bu futbolçular "Neftçi”yə keçəcək, bizimlə oyunda zəif çıxış edəcəklər.

Mirabdulla Abbasovun 10 dəqiqə sərgilədiyi oyun Barqasın 80 dəqiqədəki çıxışından daha effektli idi. Ona daha çox şans verməyə sizə nə mane olur?

- Futbola siz başqa cür baxırsız, mən başqa cür. Mirabdulla bu gün 30-35 dəqiqəlik futbolçudur. O, fiziki cəhətdən tam hazır deyil. Mən kluba gələndə onun zədəsi var idi. Futbolçu elədir ki, bir oyun alına bilər, bir oyun alınmaya bilər.

Son xəbərlər

Orphus sistemi