Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan”

Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan” Bakı. 11noyabr. REPORT.AZ/ “Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq”.
Futbol
11 Noyabr , 2018 22:19
Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan”

Bakı. 11noyabr. REPORT.AZ/ “Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq”.

“Report” xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt” üzərində 4:1 hesablı qələbəni şəhr edərkən deyib.

- Vaqif Cavadovun yoxluğu nəylə bağlıdır?

- Onun 3-4 gündür hərarəti var, müalicə alır.

- Amil Yunanov niyə belə yaxşı oynadı?

- Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudur. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.

- Ebrima Sohna göndəriləcək?

- Heç bir siyahım yoxdur. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, qışadək 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.

- “Neftçi”də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?

- O, təcrübəli futbolçudu.r Azərbaycanda da oynayıb. İndiyədək “Keşlə”də az oynayıb. Dörd hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır.

- “Sumqayıt”la ilk dövrənin oyunun xüsusi analizi olmuşdu?

- Bütün oyunları, komandanın funksional hazırlığı təhlil etmişdim. Bu, təkcə “Sumqayıt”la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.

- “Keşlə”dən gedən futbolçuların yeri görünümü?

- Həmişə demişəm ki, əvəzolunmaz futbolçu yoxdur, təkrarolunmaz var. Gedənlərin heç birinin yerini görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.

- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?

- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir.

Son xəbərlər

Orphus sistemi