Tərlan Əhmədov: "Məgər Kamran Ağayev oynayanda milli komanda uduzmur?"

Tərlan Əhmədov: "Məgər Kamran Ağayev oynayanda milli komanda uduzmur?" Bakı. 24 noyabr. REPORT.AZ/ Əsasən ikinci hissədə qarşılıqlı hücumlarla keçən matç izlədik. Heyətdə bəzi dəyişiklər etdik. Zədəli futbolçularımız var idi. İki səhvdən qol buraxdıq. Böyük hesabla da uduza bilərdik. Çünki əks-hücumlarda yüzfaizli qollar buraxmağa yaxın idik. Məni narahat edən həm çox top buraxmağımız, həm də az qol vurmağımızdır. Müdafiədə böyük səhvlərimiz oldu. Kamran Ağayevin və bəzi futbolçuların yoxluğu öz təsirinii göstərdi. Hücumda say üstünlüyünü artırdıq. Ancaq aqressiv oynaya bilmədik. Qarşıdakı ağır oyunlara daha yaxşı hazırlşamağa çalışacağıq.
Futbol
24 Noyabr , 2018 19:43
Tərlan Əhmədov: Məgər Kamran Ağayev oynayanda milli komanda uduzmur?

Bakı. 24 noyabr. REPORT.AZ/ "Əsasən ikinci hissədə qarşılıqlı hücumlarla keçən matç izlədik. Heyətdə bəzi dəyişiklər etdik. Zədəli futbolçularımız var idi. İki səhvdən qol buraxdıq. Böyük hesabla da uduza bilərdik. Çünki əks-hücumlarda yüzfaizli qollar buraxmağa yaxın idik. Məni narahat edən həm çox top buraxmağımız, həm də az qol vurmağımızdır. Müdafiədə böyük səhvlərimiz oldu. Kamran Ağayevin və bəzi futbolçuların yoxluğu öz təsirinii göstərdi. Hücumda say üstünlüyünü artırdıq. Ancaq aqressiv oynaya bilmədik. Qarşıdakı ağır oyunlara daha yaxşı hazırlşamağa çalışacağıq".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Kamran Ağayevlə bağlı xoşagəlməz söhbətlər yayılıb. Onun zədəsi ciddidir?

- Bilmirəm mətbuatda nə yazırlar. Oxumuram, mənə deyirlər. Yazılanlardan belə çıxır ki, Kamran millini pis vəziyyətdə qoyub, bilərəkdən getməyib. Deməli, milli yalnız Kamrandan asılıdır. O, oynayanda uduzmur? Kamranda böyük zədə - ödəm, qan yığılması var. Heç vaxt MRT onu göstərmir. Bu gün Kamranın yoxluğunun acısını yaşadıq. Kim bu söhbəti ortaya atırsa, gərək utansın. Millimiz tək Kamrandan asılıdırsa, böyük-böyük danışmağa haqqımız yoxdur. Bundan əvvəl Səlahət Ağayev haqda çox danışırdılar ki, yaxşı səviyyədədir. Səlahət 4 qol buraxır, Kamran günahlandırılır. Bəlkə Kamran "Qarabağ"la oyunadək də hazır olmadı. İstəyirik ki, heç olmasa o oyuna hazır olsun. Ancaq 99 faiz oynamayacaq. Belə şayiələri yayanlar utansın.

Uzun müddət millinin kapitanı olmusunuz. Milli haqda "torba" söhbətlərinə münasibətiniz necədir?

- Üzr istəyirəm bu ifadəmə görə, "torba" sözünü işlədənlər deməli, zamanında özü bununla məşğul olub, indi onu işlədir. Satmaq necə olur? Heç vaxt bunu etməmişəm. Onu işlədənlərdən soruşmaq lazımdır ki, sübuta yetirsinlər. Onun keçmişini araşdırmaq lazımdır. Sübut olmadan ittiham etmək olmaz. İnanmıram ki, millidə belə şeylər olsun. Bizim dövrdə nə pul vardı, nə də şərait. Sadəcə, vətənpərvər olmuşduq. Bizdən tələb olunurdu ki, sadəcə, milli yaşasın. Bunu yüz faiz bilirlərsə, sübut etmək lazımdır.

Qış fasiləsində heyətdə cüzi, yoxsa ciddi dəyişiklərə ehtiyac var?

- Son 4-5 ildə limit qoyulub ki, il ərzində 30 futbolçu əsas komandada olsun, 30-u da əvəzedicilərdə. Bəli, cüzi dəyişikliklər olacaq. Komanda güclənəcək, bunun üzərində işləyirik. Həm yerli, həm də əcnəbi axtarışındayıq.

Lazım gəlsə, klub olaraq Kamran Ağayevin zədəsi ilə bağlı həkim sənədini təqdim edə bilərsiniz? Çünki özü bu gün 90 dəqiqə ayaqüstə oyunu izlədi...

- Heç bir problem yoxdur, həmişə hazırıq. Zədədən-zədəyə fərq var. Azər Salahlının ayağı gipsdədir, qoymuram əsa ilə bazaya gəlsin. Kamranda isə ödəm əzələni qıra bilər. Bilirəm, o, bu gün kənarda tullanırdı, qaçırdı. Ancaq fikir versəniz, normal yeriyə bilmir. O qədər düşüncəsizik ki, zədəsi olmaya-olmaya Kamranı ehtiyada saxlayaq? Deyərdik ki, oranı aldatmısansa, bizi aldatmaq çətindir. Peşəkar futbolçudur, klubdan maaş alır. Davud Kərimi neçə vaxtdır oynamır, atası da bir neçə gün öncə rəhmətə gedib. Onun problemi daha ağırdır, nəinki Kamranın. O sözü deyən millinin həkiminin (Vyaçeslav Xomenko - red.) özünü məhşər ayağına çəkmək lazımdır. Bir gün əvvəl ayağında ağrı vardı, o deyib ki, qorxulu bir şey yoxdur, oynaya bilərsən.

Davud Kəriminin debütünü necə qiymətləndirirsiniz?

- Hamını normal qiymətləndirirəm. Valideynin dünyasını dəyişməsi böyük itkidir, acıdır, buna şərikik. Təkcə Davud yox, bu gün bütün komanda uduzub. Futbolçu qıtlığımız var. Müdafiədəki səhvlərimizi, boşluqları görürəm. Uduzmuşuqsa, heç kimi tərifləyə bilmərəm. Keçən tur udanda da razı deyildim, çünki səhvlərimiz vardı.

Əvəzetmələriniz özünü doğrultdumu?

- Həmişə afrikalılarla bağlı problem yaşayırıq. Sohna ilə Diallo millidən 3-4 gün sonra qayıdıblar. Diallonun ayağında ağırıları vardı. Daha sürətli komanda istəyirəm. Ancaq əlimdə olan "material" budur. Hamıya şans verirəm. Kənardan futbolçuların oyunu daha yaxşı görünür. Hər bir futbolçu şansını dəyərləndirməlidir.

Hansı mövqelərə transfer olunacaq?

- Bütün mövqelər məni narahat edir. Orta xəttə daha çox futbolçu lazımmdır.

Son xəbərlər

Orphus sistemi