Tərlan Əhmədov: "Matçın ədalətli nəticəsi heç-heçə idi"

Tərlan Əhmədov: "Matçın ədalətli nəticəsi heç-heçə idi" Hər iki komandanın oyunu maraqlı və əzmkar idi. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə idi.
Futbol
30 mart 2019 18:40
Tərlan Əhmədov: Matçın ədalətli nəticəsi heç-heçə idi

"Hər iki komandanın oyunu maraqlı və əzmkar idi. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə idi".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.

O, futbolçularının çıxışından razı qaldığını bildirib: "Penalti epizoduna gəlincə, buna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim".

Baş məşqçi matçın 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".

Son xəbərlər

Orphus sistemi