Tərlan Əhmədov: "Hər şeyə rəğmən, sağlamlığım önəmlidir, mənim də ailəm, övladlarım var"

Tərlan Əhmədov: "Hər şeyə rəğmən, sağlamlığım önəmlidir, mənim də ailəm, övladlarım var" Komandamız hər oyun çoxlu qol epizodu yaradırdı. Bu gün də ilk hissədə belə oldu. Fasilədən sonra isə hiss etdim ki, onlarda arxayınlıq yaranıb. Hər halda vacib qələbə qazandıq. Qarşıda isə bizi daha ciddi oyun gözləyir.
Futbol
26 Oktyabr , 2019 18:36
Tərlan Əhmədov: Hər şeyə rəğmən, sağlamlığım önəmlidir, mənim də ailəm, övladlarım var
Tərlan Əhmədov

"Komandamız hər oyun çoxlu qol epizodu yaradırdı. Bu gün də ilk hissədə belə oldu. Fasilədən sonra isə hiss etdim ki, onlarda arxayınlıq yaranıb. Hər halda vacib qələbə qazandıq. Qarşıda isə bizi daha ciddi oyun gözləyir".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"2:1 hesabı ilə qalib gəlib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Qırx səkkiz yaşlı mütəxəssis müdafiədə boşluqlar buraxaraq, rəqibə təhlükəli epizod imkanı vermələrini belə izah edib:

"Futbolun gözəlliyi qol epizodlarındadır. Sönük oyun olsaydı, burda hamımız məyus oturmuşduq".

Əhmədov "Oyun boyunca Tural Bayramlının üstünə qışqıraraq, iradlar bildirirdiniz. Sizin üçün sağlamlıq önəmlidir, yoxsa Bayramlının oynaması" sualını isə belə cavablandırıb: "Tural limitə düşən futbolçularımız arasında ən yaxşı formada olanıdır. Qalanları hələ tam hazır deyil. Hər şeyə rəğmən, sağlamlığım önəmlidir. Mənim də ailəm, övladlarım var. Turalın U-19-da ikən yığmanın Çexiyadada üzləşdikləri və U-21-də məşq etdiyi halda İsveçrəyə qarşı matçda heyətə salınmaması ona təsir edib. 9 oyundur eyni heyətlə çıxış edirik. Futbolçularda yorğunluq var".

Son xəbərlər

Orphus sistemi