Tərlan Əhmədov baş məşqçi vəzifəsindən istefaya göndərilib

Tərlan Əhmədov baş məşqçi vəzifəsindən istefaya göndərilib "Şüvəlan" rəhbərliyi 46 yaşlı mütəxəssisi qərar haqda məlumatlandırıb
Futbol
24 May , 2017 10:38
Tərlan Əhmədov baş məşqçi vəzifəsindən istefaya göndərilib

Bakı. 24 may. REPORT.AZ/ Mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən I Divizionda “Şüvəlan” adı altında çıxış edəcək AZAL klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb. 

Klubdan "Report"a verilən məlumata görə, rəhbərlik 46 yaşlı mütəxəssislə əməkdaşlıga son qoyulması ilə bağlı qərar qəbul edib. Ona işlədiyi dövr ərzində göstərdiyi xidmətlərə görə, minnətdarlıq bildirilib və o, qəbul olunmuş qərar haqda məlumatlandırılıb.