Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə “Qəbələ”dən ayrılmağa qərar verib.
Bu barədə “Report”a əyalət təmsilçisindən bildirilib.
Buna səbəb 25 yaşlı sol cinah yarımmüdafiəçisinin “Sabah”da sərfəli təklif almasıdır. Hazırda iki klub arasında keçidin maliyyə detalları ilə bağlı danışıq gedir.
Qeyd edək ki, T.Xəlilzadə ötən ilin dekabrında “Qəbələ” ilə 2,5 illik müqavilə bağlayıb.