Təmkin Xəlilzadə "Keşlə" ilə oyunda baş hakimi vurmaq istəməsinə münasibət bildirib

Təmkin Xəlilzadə "Keşlə" ilə oyunda baş hakimi vurmaq istəməsinə münasibət bildirib Sabah klubunun futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının VIII turunda Keşlə ilə səfər matçında baş verənlərə aydınlıq gətirib.
Futbol
21 Oktyabr , 2019 14:35
Təmkin Xəlilzadə Keşlə ilə oyunda baş hakimi vurmaq istəməsinə münasibət bildirib

"Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə" ilə səfər matçında baş verənlərə aydınlıq gətirib.

"Report"un məlumatına görə, 26 yaşlı cinah oyunçusu məsələ ilə bağlı şəxsi "İnstagram" hesabından paylaşım edib.

Azərbaycan millisinin üzvü qarşılaşma başa çatandan dərhal sonra referi Kamal Umudlu ilə arasında yaşanan xoşagəlməz olaya görə məyus olduğunu bildirib: "Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində, normal tərzdə fikirlərimi ona çatdırmaq istədim, ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda bu hadisə kaş olmayaydı". 

Qeyd edək ki, Xəlilzadə matç başa çatandan sonra baş hakimə kəskin etirazı qarşılığında qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.

Son xəbərlər

Orphus sistemi