Təbriz klubunun oyununda "Biz gedirik Qarabağa!" şüarı səsləndirilib - VİDEO

Təbriz klubunun oyununda "Biz gedirik Qarabağa!" şüarı səsləndirilib - VİDEO Oyun 2:0 hesabı ilə "Traktor Sazinin" xeyrinə başa çatıb
Futbol
386
6 Aprel , 2016 22:55
Təbriz klubunun oyununda Biz gedirik Qarabağa! şüarı səsləndirilib - VİDEO

Bakı. 6 aprel. REPORT.AZ/ Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. "Report" xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb.

Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib, plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.

Klubun facebook səhifəsində yer alan məlumata görə, oyundan sonra azarkeşlərdən bir qismi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi