Tanınmış şotlandiyalı baş məşqçi vəfat edib

Tanınmış şotlandiyalı baş məşqçi vəfat edib Şotlandiya millisinin, "Reyncers" və İngiltərənin "Everton" klubunun sabiq baş məşqçisi Valter Smit dünyasını dəyişib
Futbol
26 Oktyabr , 2021 15:05
Tanınmış şotlandiyalı baş məşqçi vəfat edib

Şotlandiya millisinin, "Reyncers" və İngiltərənin "Everton" klubunun sabiq baş məşqçisi Valter Smit dünyasını dəyişib.

"Report" Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis 73 yaşında vəfat edib.

Qeyd edək ki, Valter Smit 1991 - 1998 və 2007 - 2011-ci illərdə "Reyncers"ə rəhbərlik edib. Smit bu komanda ilə 10 dəfə Şotlandiya çempionu olub. O, 2007/2008 mövsümündə klubu UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalına çıxarıb. Komanda həlledici görüşdə Rusiya "Zenit"inə 0:2 hesabı ilə uduzub.

2004 - 2007-ci illərdə Şotlandiya millisində işləmiş mütəxəssis 2006-cı ildə dünya çempionatının finalçısı Fransa üzərində 1:0 hesablı tarixi qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi