Tanınmış referi Yurgen Kloppu ikiüzlü adlandırdı

Tanınmış referi Yurgen Kloppu ikiüzlü adlandırdı İngiltərəli keçmiş futbol hakimi Mark Klattenburq "Liverpul"un baş məşqçisi Yurgen Kloppu təhqir edib.
Futbol
14 Yanvar , 2021 16:00
Tanınmış referi Yurgen Kloppu ikiüzlü adlandırdı
Yurgen Klopp və Mark Klattenburq

İngiltərəli keçmiş futbol hakimi Mark Klattenburq "Liverpul"un baş məşqçisi Yurgen Kloppu təhqir edib.

"Report"un məlumatına görə, tanınmış referi almaniyalı mütəxəssisi ikiüzlü adlandırıb.

Klattenburq bildirib ki, "Mançester Yunayted"in futbolçularının oyun vaxtı daha çox penalti qazanmağa çalışdığını söyləyən Klopp hakimlərə daha çox təzyiq göstərir: "Məhəmməd Salah və Sadio Mane də bu taktikadan istifadə edir. Aleks Ferqyusonla müqayisədə Klopp daha sərtdir. Halbuki o, ötən mövsüm özünü belə aparmırdı".

Qeyd edək ki, Mark Klattenburq 2004-2017-ci illər ərzində İngiltərə Premyer Liqasında 292 oyun idarə edib.

Son xəbərlər

Orphus sistemi