Tanınmış qapıçı irqçi mesajına görə qovuldu

Tanınmış qapıçı irqçi mesajına görə qovuldu Buna veteran qolkiperin yığmadan keçmiş komanda yoldaşı Dennis Aoqoya irqçi mesaj göndərməsi səbəb olub
Futbol
5 May , 2021 15:53
Tanınmış qapıçı irqçi mesajına görə qovuldu
Yens Lemann

Almaniyanın millisinin sabiq qapıçısı Yens Lemann "Herta" klubunun Direktorlar Şurasından kənarlaşdırılıb.

"Report" xəbər verir ki, buna veteran qolkiperin yığmadan keçmiş komanda yoldaşı Dennis Aoqoya irqçi mesaj göndərməsi səbəb olub.

Lemann İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klubları arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı zamanı "Dennis həqiqətən sizin rəmzi qara sevgilinizdir" cümləsini səhvən sabiq müdafiəçiyə göndərib.

Həmin mesajı instaqramda paylaşan Aoqo bu sözləri yazıb: "Sən ciddisən? Yəqin ki, bu sözlər mənim üçün nəzərdə tutulmayıb".

Lemann etdiyi hərəkətə görə üzr istəsə də, bu, onun klubda qalmasına kömək etməyib.

Qeyd edək ki, 1995 - 2008-ci illərdə millinin formasını geyinmiş Yens Lemann İtaliyanın "Milan", İngiltərənin "Arsenal" və ölkəsinin "Borussiya" (Dortmund) klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi