Tanınmış klubun 38 üzvündə koronavirus aşkarlandı

Tanınmış klubun 38 üzvündə koronavirus aşkarlandı Braziliyanın Flamenqo klubunun 38 üzvü koronavirusa yoluxub.
Futbol
7 May , 2020 12:26
Tanınmış klubun 38 üzvündə koronavirus aşkarlandı

Braziliyanın "Flamenqo" klubunun 38 üzvü koronavirusa yoluxub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, texniki heyət, futbolçular və komanda işçiləri ilə birlikdə 293 nəfər testdən keçib və onların 38-nin nəticəsi müsbət olub. 

Testlər 30 aprel - 3 may tarixlərində aparılıb. Onların bəzilərində xəstəliyin simptomlarının aşkarlanmadığı bəlli olub. 38 nəfərdən 3-nün futbolçu olduğu üzə çıxıb. 

Testləri müsbət nəticələnənlər dərhal karantinə alınıblar. 

Son xəbərlər

Orphus sistemi