Tanınmış klub Çempionlar Liqasından kənarlaşdırıldı

Tanınmış klub Çempionlar Liqasından kənarlaşdırıldı Çinin "Şandun Lunen" komandasının Asiya Çempionlar Liqasında iştirakına qadağa qoyulub
Futbol
8 Fevral , 2021 19:30
Tanınmış klub Çempionlar Liqasından kənarlaşdırıldı

Çinin "Şandun Lunen" komandasının Asiya Çempionlar Liqasında iştirakına qadağa qoyulub.

"Report" Asiya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna klubun ödənişləri gecikdirməsi səbəb olub.

Nəticədə Tszinan təmsilçisinin lisenziyası alınıb və komanda turnirdən kənarlaşdırılıb.

Klub 2021 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparmalı idi. Qrup oyunları apreldə başlayacaq.

Qeyd edək ki, ötən mövsüm Çin kubokunu qazanan "Şandun Lunen" komandasında Maruan Fellaini və Tamaş Kadar kimi tanınmış futbolçular çııxş edir.

Son xəbərlər

Orphus sistemi