Tanınmış idmançılarımızdan cəbhə paylaşımları

Tanınmış idmançılarımızdan cəbhə paylaşımları Onların arasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov, şahmatçı Teymur Rəcəbov, cüdo üzrə dünya çempionu Elxan Məmmədov da var
Futbol
13 İyul , 2020 16:53
Tanınmış idmançılarımızdan cəbhə paylaşımları

Azərbaycanın tanınmış idmançıları Azərbaycan - Ermənistan təmas xəttində baş verən döyüşlərlə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

"Report"un məlumatına görə, onların arasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov, keçmiş komanda yoldaşları Mahir Emreli və Qara Qarayev, Ağdam klubunun yeni transferi Emil Balayev, "Zirə" ilə yollarını ayıran Cavid Hüseynov, yığma üzvü Ağabala Ramazanov kimi futbolçular, həmçinin şahmatçı Teymur Rəcəbov, cüdo üzrə millinin böyük baş məşqçisi, dünya çempionu Elxan Məmmədov da var.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub.

Son xəbərlər

Orphus sistemi