Tanınmış hücumçu antirekord müəllifi olub

Tanınmış hücumçu antirekord müəllifi olub İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku antirekord müəllifi olub.
Futbol
20 fevral 2022 11:29
Tanınmış hücumçu antirekord müəllifi olub

İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku antirekord müəllifi olub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, belçikalı hücumçu "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında topa cəmi 7 toxunuş edib.

Matça start heyətində başlayan təcrübəli futbolçu oyunu əvəzlənmədən keçirib. Bu, məlumatların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən ilin yayında İtaliya "İnter"indən keçib.

Son xəbərlər

Orphus sistemi