Tanınmış futbolçuya fəxri doktor adı verildi

Tanınmış futbolçuya fəxri doktor adı verildi İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq.
Futbol
15 İyul , 2020 14:28
Tanınmış futbolçuya fəxri doktor adı verildi
Markus Reşford

İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar və uşaqların yoxsulluğuna qarşı mübarizə aparması ilə əlaqədar bu ada layiq görüləcək. 

Reşford ailəsi ilə birlikdə buna görə qürur hissi keçirdiyini bildirib. O deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir. 

Qeyd edək ki, Markus Reşford 2015/2016 mövsümündə "Mançester Yunayted"in əsas komandasında debüt edib. O, klubun heyətində 208 matça çıxıb və 66 qol vurub. 

Son xəbərlər

Orphus sistemi