Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib

Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib 40 yaşlı keçmiş hücumçunun namizədliyini "MOİK-Sofiya" daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib
Futbol
382
21 Sentyabr , 2021 09:27
Tanınmış futbolçunun federasiya prezidentliyinə namizədliyi təsdiqlənib
Dimitar Berbatov

İngiltərənin "Mançester Yunayted" və "Tottenhem", Almaniyanın "Bayer" (Leverkuzen) klubunun sabiq futbolçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

"Report" "Bulgarian Football" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçunun namizədliyini "MOİK-Sofiya" daxil olmaqla, bir neçə yüksək liqa təmsilçisi dəstəkləyib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə yenidən namizəd olacaq. Seçkilər oktyabrın 12-də gerçəkləşəcək.

Qeyd edək ki, Dimitar Berbatov iki dəfə İngiltərə çempionluğu, Liqa Kuboku və ölkə Superkubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi