Tanınmış futbolçuda koronavirus aşkarlandı

Tanınmış futbolçuda koronavirus aşkarlandı Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.
Futbol
5 Noyabr , 2020 19:14
Tanınmış futbolçuda koronavirus aşkarlandı
Yon Dal Tomasson

Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.

"Report" xəbər verir ki, hazırda İsveç "Malmö"sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Xəstəliyi simptomsuz keçirən baş məşqçi dərhal karantinə alınıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Malmö"nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerasında İngiltərənin "Nyukasl", Niderlandın "Feyenoord", İtaliyanın "Milan", Almaniyanın "Ştutqart" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi