Tanınmış futbolçu "Yuventus"u tərk etmək istəyir

Tanınmış futbolçu "Yuventus"u tərk etmək istəyir Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya “Yuventus”unu tərk etmək istəyir.
Futbol
138
14 Sentyabr , 2019 13:41
Tanınmış futbolçu Yuventusu tərk etmək istəyir

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya “Yuventus”unu tərk etmək istəyir.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bi müddət əvvəl adı çəkilməyən Qətər klubunun təklifini geri çevirən 33 yaşlı hücumçu fikrindən daşınıb. Hazırda Turin komandasında ehtiyatda qalan forvard Yaxın Şərqə yollanmağın əleyhinə deyil.

Xorvatiyalı oyunçusunun ABŞ-ın “Los-Anceles” klubundan da təklif aldığı bildirilir.

Qeyd edək ki, Mancukiç 2015-ci ildən “Yuventus”da çıxış edir. O, karyerası ərzində vətənində “Marsoniya”, “Zaqreb”, “Dinamo”, Almaniyanın “Volfsburq”, “Bavariya” və İspaniyanın “Atletiko” komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi