Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib - VİDEO

Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib - VİDEO Bakı. 19 oktyabr. REPORT.AZ/ İngiltərənin Bornmut klubunun futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb.
Futbol
19 Oktyabr , 2018 20:57
Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib - VİDEO

Bakı. 19 oktyabr. REPORT.AZ/ İngiltərənin "Bornmut" klubunun futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb. 

"Report" xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası "Sanderlend"in azyaşlı azarkeşi Bredli Louerinin adını qoluna döymə etdirib. 

Təcrübəli hücumçu həmin anın videosunu şəxsi "Twitter" hesabından paylaşıb. 

Qeyd edək ki, Cermeyn Defo 2015 - 2017 illər ərzində "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi