Tanınmış futbolçu təhdid olunduğu üçün klubu ilə müqaviləni ləğv edib

Tanınmış futbolçu təhdid olunduğu üçün klubu ilə müqaviləni ləğv edib Braziliyanın "Korintians" klubu futbolçusu Villianla yollarını ayırıb.
Futbol
13 Avqust , 2022 12:28
Tanınmış futbolçu təhdid olunduğu üçün klubu ilə müqaviləni ləğv edib

Braziliyanın "Korintians" klubu futbolçusu Villianla yollarını ayırıb.

"Report" "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Braziliya millisinin sabiq üzvü azarkeşlər tərəfindən təhdid olunduğu üçün bu qərarı qəbul etdiyini bildirib: "Braziliyaya hədə-qorxu ilə üzləşmək üçün gəlməmişəm. Hər dəfə "Korintians" uduzanda və oyunum alınmayanda ailəm sosial şəbəkələrdə təhdid və söyüşlərlə üzləşir. Həyat yoldaşıma, qızlarıma, bir müddət sonra isə atam və bacıma hücum etməyə başladılar".

Qeyd edək ki, Villian İngiltərədə "Çelsi" və "Arsenal" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi