Tanınmış futbolçu "Qarabağ"la oyunu buraxacaq

Tanınmış futbolçu "Qarabağ"la oyunu buraxacaq İspaniya La Liqasının XI turunun "Real Sosyedad"la oyununda zədələnmiş "Vilyarreal"ın futbolçusu Karlos Bakkanın durumuna aydınlıq gəlib.
Futbol
2 Dekabr , 2020 19:36
Tanınmış futbolçu Qarabağla oyunu buraxacaq
Karlos Bakka

İspaniya La Liqasının XI turunun "Real Sosyedad"la oyununda zədələnmiş "Vilyarreal"ın futbolçusu Karlos Bakkanın durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı hücumçunun sol ayaq əzələsində yırtıq aşkarlanıb. 34 yaşlı forvardın bərpa müddətinin sonrakı vəziyyətdən asılı olacağı bildirilib.

İspaniya mətbuatı isə təcrübəli oyunçunun ən azı 3-4 həftə meydanlardan kənarda qalacağını yazıb. Bu isə o deməkdir ki, Bakka UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Qarabağ"la ev oyununu da buraxmalı olacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi