Tanınmış futbolçu Hindistan klubu ilə müqavilə bağladı

Tanınmış futbolçu Hindistan klubu ilə müqavilə bağladı Veteran hücumçu qlobal futbol əməliyyatları şöbəsinə rəhbərlik edəcək
Futbol
231
6 May , 2021 21:17
Tanınmış futbolçu Hindistan klubu ilə müqavilə bağladı
David Vilya

İspaniya millisinin sabiq futbolçusu David Vilya Hindistanın "Odişa" komandası ilə müqavilə bağlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu Qlobal Futbol Əməliyyatları şöbəsinə rəhbərlik edəcək.

"Odişa" Hindistan Superliqasında çıxış edir.

Qeyd edək ki, David Vilya futbol karyerası ərzində ölkəsində "Valensiya", "Barselona", "Atletiko" (Madrid), həmçinin ABŞ-da "Nyu-York Siti", Avstraliyada "Melburn" və Yaponiyada "Vissel Kobe" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi