Tanınmış futbolçu dünya çempionatının boykotunu dəstəklədi

Tanınmış futbolçu dünya çempionatının boykotunu dəstəklədi "Qətərdəki yarışın ləğv edilməməsini səhv hesab edirəm"
Futbol
31 Mart , 2021 17:08
Tanınmış futbolçu dünya çempionatının boykotunu dəstəklədi
Toni Kroos

İspaniyanın "Real Madrid" klubunun və Almaniya millisinin futbolçusu Toni Kroos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının mümkün boykotuna münasibət bildirib.

"Report"un məlumatına görə, "Deutsche Welle" nəşrinə açıqlama verən 31 yaşlı yarımmüdafiəçi mundialın boykot edilməsinə dəstək ifadə edib.

Kroos bildirib ki, problemlərə diqqət yetirmək vacibdir: "Bəlkə də, bunu DÇ-2022-dən əvvəl və yarış zamanı etmək lazımdır. Bu, vəziyyəti yaxşılaşdıra bilər. Qətərdəki yarışın ləğv edilməməsini səhv hesab edirəm. Ancaq mundialın boykot edilməsi barədə müzakirə gecikmə ilə başladı. Qətər futbol ölkəsi deyil, bu səbəbdən, dünya çempionatının orada keçirilməsi məntiqsizdir".

Təcrübəli oyunçu deyib ki, bir çox işçi turnirə görə 50 dərəcə istidə fasiləsiz çalışmalı olur: "Yetərincə suya və yeməyə sahib deyillər, işçilərə qarşı şiddət tətbiq edilir. Hələ iş şəraiti ayrıca məsələdir. Lakin başqa məqam da var: Homoseksualizm Qətərdə cinayətdir və onlar mühakimə edilir".

Qeyd edək ki, daha əvvəl Pakistan, Nepal, Banqladeş və Şri-Lankadan olan 6700-dən çox miqrant 2010-cu ilin dekabrından DÇ-2022-nin inşaat sahələrində həyatını itirib.

Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Son xəbərlər

Orphus sistemi