Tanınmış futbolçu Çin klubuna keçib

Tanınmış futbolçu Çin klubuna keçib İtaliyanın “Roma” klubunun futbolçusu Stefan Əl-Şaaravi Çinin “Şanxay Şenxua” klubuna transfer olub.
Futbol
301
8 İyul , 2019 11:14
Tanınmış futbolçu Çin klubuna keçib

İtaliyanın “Roma” klubunun futbolçusu Stefan Əl-Şaaravi Çinin “Şanxay Şenxua” klubuna transfer olub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Misir əsilli italiyalı hücumçu 3 illik müqaviləyə imza atıb. Əl-Şaaravi bu müddətdə 40 milyon avro qazanacaq. Asiya təmsilçisi 26 yaşlı forvardın keçidi üçün “Roma”ya 18 milyon avro ödəyib.

Qeyd edək ki, Stefan Əl-Şaaravi 2016-cı ildən “Roma”da çıxış edirdi. 

Son xəbərlər

Orphus sistemi