Tanınmış futbolçu bu həftə "Barselona"nı tərk edəcək

Tanınmış futbolçu bu həftə "Barselona"nı tərk edəcək Yanvarın 24-də Xavyer Maskerano ilə vida mərasimi təşkil olunacaq
Futbol
23 Yanvar , 2018 20:10
Tanınmış futbolçu bu həftə Barselonanı tərk edəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Argentina millisinin futbolçusu Xavyer Maskerano İspaniyanın “Barselona” klubunu tərk edəcək.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Yanvarın 24-də 34 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. O həmçinin cümə axşamı Kral Kubokunda “Espanyol”la ev oyunu zamanı azarkeşlərlə vidalaşacaq.

Maskeranonun karyerasını Çinin “Xebey Çayna Fortun” klubunda davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, X.Maskerano 2010-cu ildə İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. Argentinalı futbolçu kataloniyalıların heyətində 334 rəsmi matçda iştirak edib və 18 titul qazanıb.

Son xəbərlər

Orphus sistemi