Tanınmış futbolçu Bakıda "Qarabağ"la matçda debüt edə bilər

Tanınmış futbolçu Bakıda "Qarabağ"la matçda debüt edə bilər Qarabağın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İspaniya Sevilyasının yeni transferi Xavyer Hernandes komanda ilə məşqlərə start verib.
Futbol
13 Sentyabr , 2019 09:08
Tanınmış futbolçu Bakıda Qarabağla matçda debüt edə bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İspaniya "Sevilya"sının yeni transferi Xavyer Hernandes komanda ilə məşqlərə start verib. 

"Report" məlumatına görə, baş məşqçisi Xulen Lopeteginin La Liqanın IV turunda "Alaves"lə matçda 31 yaşlı hücumçuya şans verəcəyi bəlli deyil. “Çiçarito” ləqəbli meksikalı forvard meydana çıxmayacağı təqdirdə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matçda debüt edə bilər. 

Qeyd edək ki, "Alaves" - "Sevilya" oyunu sentyabrın 15-də keçiriləcək. “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi