Tanınmış futbolçu Azərbaycandan təklif alıb

Tanınmış futbolçu Azərbaycandan təklif alıb Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbol
27 İyun , 2022 10:17
Tanınmış futbolçu Azərbaycandan təklif alıb

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report"un məlumatına görə, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.

O bildirib ki, təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Qeyd edək ki, daha əvvəl "Sabah" klubunun baş məşqçisi Murad Musayev təcrübəli forvardla maraqlandıqlarını, hətta ona təklif göndərdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi