Tanınmış futbolçu avtomobilin baqajında salto vurub

Tanınmış futbolçu avtomobilin baqajında salto vurub İtaliyanın "İnter" klubunun və Çili millisinin futbolçusu Arturo Vidalın sərxoş görüntüləri yayılıb.
Futbol
6 Oktyabr , 2021 13:21
Tanınmış futbolçu avtomobilin baqajında salto vurub
Arturo Vidal

İtaliyanın "İnter" klubunun və Çili millisinin futbolçusu Arturo Vidalın sərxoş halda görüntüləri yayılıb.

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, video avqustun 18-də İtaliya A Seriyasında mövsümün başlamasına bir neçə gün qalmış çəkilib.

Bardan çıxan 34 yaşlı yarımmüdafiəçi ona yaxınlaşan azarkeşlə şəkil çəkdirib. Vidal daha sonra "Ferrari"nin baqajına çıxıb və arxası üstə salto vurmaq istəyib. Yoldan keçən başqa bir nəfər isə oyunçunun oturacaqda əyləşməsinə köməklik göstərib. O, bir müddət sonra avtomobilində əyləşib.

Qeyd edək ki, Arturo Vidal 2020-ci ildən "İnter"də oynayır. Yarımmüdafiəçi cari mövsüm İtaliya A Seriyasında 4 oyunda iştirak edib, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi