Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu

Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Nikolya Anelka Fransanın "Yer" klubunun idman direktoru təyin olunub.
Futbol
3 Fevral , 2021 18:51
Tanınmış futbolçu 4-cü liqa klubunun idman direktoru oldu

İspaniya "Real Madrid"inin sabiq futbolçusu Nikolya Anelka Fransanın "Yer" klubunun idman direktoru təyin olunub.

"Report" xəbər verir ki, veteran hücumçunun IV divizion təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmayıb.

Rəhbərlik 42 yaşlı Anelkanın öz nüfuzundan istifadə edərək klubu yaxşı vəziyyətə gətirəcəyinə inanır.

Qeyd edək ki, Fransa millisinin keçmiş hücumçusu karyerası ərzində İngiltərədə "Çelsi" və "Arsenal", Türkiyədə "Fənərbağça" kimi komandalarının formasını geyinib. O, daha əvvəl ölkəsinin "Lill" klubunun gənclər komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi