Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli olub

Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli olub Fransanın Marsel komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
27 May , 2019 18:10
Tanınmış futbol məşqçisinin yeni iş yeri bəlli olub

Fransanın "Marsel" komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report" "France Football"a istinadən xəbər verir ki, kollektiv Andre Villaş-Boaşa həvalə olunub. 

42 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanıb. O, yeni klubunda illik 600 min avro qazanacaq. Portuqaliyalı məşqçinin köməkçiləri bəlli olandan sonra təyinat rəsmən elan olunacaq. Villaş-Boaş bu postda Rudi Qarsiyanı əvəzləyib. 

Qeyd edək ki, "Marsel" 2018-2019 mövsümünü beşinci pillədə başa vurub. Andre Villaş-Boaş indiyədək Rusiya “Zenit”i ilə yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, eləcə də Çinin “Şanxay” komandalarına rəhbərlik edib. O, 2017-ci ildən işsizdir.

Son xəbərlər

Orphus sistemi