Tanınmış futbol məşqçisinin evi qarət olunub

Tanınmış futbol məşqçisinin evi qarət olunub Bakı. 6 mart. REPORT.AZ/ İngiltərənin Lester futbol klubunun baş məşqçisi Brendan Rodcersin evi qarət olunub.
Futbol
6 Mart , 2019 19:34
Tanınmış futbol məşqçisinin evi qarət olunub

Bakı. 6 mart. REPORT.AZ/ İngiltərənin "Lester" futbol klubunun baş məşqçisi Brendan Rodcersin evi qarət olunub.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin Şotlandiyanın Qlazqo şəhərindəki mənzilindən soyğunçular bir neçə qiymətli əşya aparıblar.

Hadisə ingiltərəli məşqçinin "Seltik" klubunu tərk etməsindən bir həftə sonra baş verib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Brendan Rodcers 2016-cı ildən 2019-cu ilə qədər "Seltik"ə rəhbərlik edib. O, fevralın sonunda "Lester"in baş məşqçisi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi