Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər

Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər Bakı. 23 fevral. REPORT.AZ/ İngiltərənin Lester klubu baş məşqçisini dəyişdirmək niyyətindədir.
Futbol
23 Fevral , 2019 11:07
Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər

Bakı. 23 fevral. REPORT.AZ/ İngiltərənin "Lester" klubu baş məşqçisini dəyişdirmək niyyətindədir.

"Report" "Mirror"a istinadən xəbər verir ki, klub mövsümün sonunda fransalı mütəxəssis Klod Pyuel ilə yollarını ayıracaq. İngiltərə təmsilçisinin rəhbərliyi bu posta hazırda "Nyukasl"ın baş məşqçisi olan Rafael Benitesi gətirmək istəyir.

59 yaşlı ispan məşqçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır və yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından "Nyukasl"a rəhbərlik edir. O, karyerası ərzində İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" klublarının da baş məşqçisi olub. Benites 2004-2005 mövsümündə "Liverpul"la Çempionlar Liqasını da qazanıb. 

Son xəbərlər

Orphus sistemi