Tanınmış baş məşqçi Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb

Tanınmış baş məşqçi Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb Əfsanəvi baş məşqçi Aleks Ferqyuson “Mançester Yunayted”ə qayıdıb.
Futbol
334
30 İyul , 2022 05:04
Tanınmış baş məşqçi Aleks Ferqyuson Mançester Yunaytedə qayıdıb

Əfsanəvi baş məşqçi Aleks Ferqyuson “Mançester Yunayted”ə qayıdıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis klubun icraçı direktoru Riçard Arnolda kömək edəcək yeni analitik ekspertlər qrupuna qoşulub. Qrupa həmçinin klubun keçmiş icraçı direktoru Devid Qill, “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson və klubun idman direktoru Con Merto da daxildir.

Qeyd edilir ki, Ferqyusson, demək olar, on il əvvəl komandanın baş məşqçisi vəzifəsindən getdikdən sonra indi həmişəkindən daha çox təsirə malik olacaq.

Şotlandiyalı 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13 qələbə və Çempionlar Liqasında 2 qələbə qazanıb.

İndi kluba Erik ten Haq rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi