Tanınmış baş məşqçi 5 ildən sonra özünə klub tapıb

Tanınmış baş məşqçi 5 ildən sonra özünə klub tapıb Feliks Maqat Almaniyanın "Herta" futbol komandasına baş məşqçi təyin olunub.
Futbol
141
14 Mart , 2022 12:09
Tanınmış baş məşqçi 5 ildən sonra özünə klub tapıb

Feliks Maqat Almaniyanın "Herta" futbol komandasına baş məşqçi təyin olunub.

"Report"un Berlin klubunun rəsmi saytına istinadən məlumatına görə, 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. O, yeni vəzifədə Tayfun Korkutu əvəzləyib. Türkiyəli mütəxəssis Bundesliqada ötən turun Mönhenqladbax "Borussiya"sına 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra istefaya göndərilib.

Maqatın sonuncu iş yeri 2017-ci ildə tərk etdiyi Çinin "Şandun Tayşan" komandası olub. O, Almaniyada "Ştutqart", "Bavariya", "Volfsburq", "Şalke" kimi klublarda çalışıb, 3 dəfə Bundesliqanın, hərəyə 2 dəfə Almaniya Kuboku və Liqa Kubokunun qalibi olub.

Qeyd edək ki, Bundesliqada 26 turdan sonra "Herta" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi