Tahir Mirkişili: "Bu cür turnirlərin bir məqsədi var"

Tahir Mirkişili: "Bu cür turnirlərin bir məqsədi var" "Dəvətə görə təşəkkür edirəm. Jurnalistlərlə bir yerdə olmaq xoşdur. Mən özüm də 15 ilə yaxındır, demək olar, hər həftə futbol oynayıram. Milli məclisin futbol komandasının da üzvüyəm. Qismət olsa, bir gün sizinlə də oynayarıq".
Futbol
28 May , 2022 17:19
Tahir Mirkişili: Bu cür turnirlərin bir məqsədi var

"Dəvətə görə təşəkkür edirəm. Jurnalistlərlə bir yerdə olmaq xoşdur. Mən özüm də 15 ilə yaxındır, demək olar, hər həftə futbol oynayıram. Milli Məclisin futbol komandasının da üzvüyəm. Qismət olsa, bir gün sizinlə də oynayarıq".

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

"Xocavənd" və "Qubadlı" komandaları arasında yarımfinal oyununu izləyən deputat əvvəlcə hər kəsi 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib: "Müstəqillik, bu bayraq, hərbi forma xalqımızın ən böyük nemətidir. Bu yolda çox faciələrlə üzləşib, qurbanlar vermişik. Bəlkə də bu regionda bizim qədər şəhid verən ikinci xalq yoxdur. Amma heç bir faciə, zülm və təzyiq xalqımızı müstəqillik arzusundan daşındıra bilməyib. Güclü dövlət qurmuşuq və sonda da zəfər əldə etmişik. Qəhrəmanlarımızın Şuşada sancdığı bayraq nəinki Azərbaycanın, bütün türk dünyasının ləyaqət bayrağıdır. Nə xoşbəxtik ki, biz bu günləri gördük".

T.Mirkişilinin sözlərinə görə, qalib gəlmək böyük zəfər, onu yaşatmaq və gələcək nəsillərə ötürmək isə ayrıca missiyadır: "Təşkil edilən hər bir tədbir, çap olunan hər kitabın yeganə məqsədi var: bu qələbəni gələcək nəsillərə ötürməliyik ki, qaldırdığımız bayrağı əllərindən verməsinlər. Hər kəsə uğurla arzu edirəm. Adətən deyirlər ki, ayaqlarınıza bərəkət, vurduğunuz qolların sədası bütün dünyadan gəlsin".

Qeyd edək ki, "Qubadlı"ya 2:1 hesabı ilə qalib gələn "Xocavənd" finala yüksəlib. Komanda həlledici görüşdə "Ağdam"la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi