​Tahir Gözəl: "Hər kəsi "Qarabağ" - "Neftçi" oyununa dəvət edirəm"

​Tahir Gözəl: "Hər kəsi "Qarabağ" - "Neftçi" oyununa dəvət edirəm" "Bu, ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir"
Futbol
101
22 Aprel , 2015 09:40
​Tahir Gözəl: Hər kəsi Qarabağ - Neftçi oyununa dəvət edirəm

Bakı. 22 aprel. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl komandasının Azərbaycan Kubokunun finalına yüksəlməsi haqda fikirlərini bildirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 6 il sonra yenidən kubokun finalına vəsiqə qazanmağın xoş duyğu olduğunu deyib.

T.Gözəl bildirib ki, rəqibin "Neftçi" klubu olması final qarşılaşmasına əlavə rəng qatacaq: "Bu, mənim "Qarabağ"la 3-cü finalım olacaq. Həlledici matçda "Neftçi"ylə qarşılaşmaq mənə 2 qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. "Neftçi" ilə oyunlar mənim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidir".

Klub rəsmisi final görüşünün Qəbələdə keçirilmə variantına da münasibət bildirib. Onun fikrincə, belə bir derbinin bölgədə təşkili ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir: "Futbol ictimaiyyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".

Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması iyunun 3-də Qəbələdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi