Tahir Gözəl "Qarabağ"ın sabiq futbolçularına təşəkkür etdi

Tahir Gözəl "Qarabağ"ın sabiq futbolçularına təşəkkür etdi "Qarabağ" Futbol Klubu olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərinitanıtmaqdır.İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır".
Futbol
22 İyul , 2020 13:18
Tahir Gözəl Qarabağın sabiq futbolçularına təşəkkür etdi

"Əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

T.Gözəl bildirib ki, iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlamasına komandanın sabiq legionerləri də biganə qalmayıb. Onlar öz sosial şəbəkələrində Azərbaycanın yanında olduqlarını vurğulayıblar.

Funksioner həmin legionerlərə təşəkkürünü bildirib: "Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduqlarını göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".

Son xəbərlər

Orphus sistemi