Tahir Gözəl: "Klubumla fəxr edirəm"

Tahir Gözəl: "Klubumla fəxr edirəm" "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl “Tottenhem” komandası ilə oyunla bağlı fikirlərini bölüşüb
Futbol
27 Noyabr , 2015 00:20
Tahir Gözəl: Klubumla fəxr edirəm

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.

"Report"un məlumatına görə, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib oyunla bağlı fikirlərini bölüşüb: "Əlbəttə rəqib çox güclü idi. Təəssüf ki, bir qolumuzun ofsaytdan atıldı. Bəxtimiz gətirmədi. Əlimizdən gəlini etdik. Mübarizə apardıq. Qrupumuz çox çətin idi.Amma "Qarabağ" hər zaman qələbə şansı olan bir komandadır. Klubumla fəxr edirəm. Bu günkü oyunla fəxr edirəm". 

Son xəbərlər

Orphus sistemi