Tahir Gözəl: "Milyonlarla büdcəsi olan UEFA bu qolu görmür"

Tahir Gözəl: "Milyonlarla büdcəsi olan UEFA bu qolu görmür" "Belə gözəl tədbiri həyata keçirdiyinizə görə çox sağ olun. Bu il hamımız üçün əlamətdardır. Bu il komandamız azad torpaqlarla meydana çıxdı. 8 dəfə ardıcıl avrokuboklarda oynamaqla Avropa ilk “18-lik”dəyik və bəzi nəhəng klubları geridə buraxmışıq".
Futbol
13 Dekabr , 2021 13:40
Tahir Gözəl: Milyonlarla büdcəsi olan UEFA bu qolu görmür

"Belə gözəl tədbiri həyata keçirdiyinizə görə çox sağ olun. Bu il hamımız üçün əlamətdardır. Bu il komandamız azad torpaqlarla meydana çıxdı. 8 dəfə ardıcıl avrokuboklarda oynamaqla Avropa ilk “18-lik”dəyik və bəzi nəhəng klubları geridə buraxmışıq".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.

Funksioner bildirib ki, bu, Azərbaycan üçün tarixi ildir: "Heç bir nəslimiz bu illəri yaşamayacaq. Uğurun ən böyük memarı Qurban Qurbanova və Rəşad Sadıqova təşəkkür edirəm. Rəşad bizim klubda çox əziyyət çəkib. Bütün mükafat qazananları təbrik edirəm. Zəfərin memarı, “Qarabağ”ın ən böyük dəstəkçisi Prezident İlham Əliyevə təşəkkür edirəm. Biz onunla bu gün klubumuza olan ədalətsizlikdən danışdıq".

O, İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyununda Abdullah Zubirin vurduğu qolun qeydə alınmamasına da toxunub: "İradə və səbrlə yolumuza davam edəcəyik. Biz bir ailəyik. Bu dəyərlər bizi hər yerə götürəcək. O epizodu hamımız gördük, Cənab Prezident demişkən, buna səhv demək olmur. Milyonlarla büdcəsi olan UEFA bu qolu görmür. Çox şərh vermək istəmirəm".

Son xəbərlər

Orphus sistemi