"Qarabağ" klubunun bazasında Xocalı faciəsi ilə bağlı tədbir - FOTO

"Qarabağ" klubunun bazasında Xocalı faciəsi ilə bağlı tədbir - FOTO
Futbol
110
26 Fevral , 2020 16:32
Qarabağ klubunun bazasında Xocalı faciəsi ilə bağlı tədbir - FOTO

"Qarabağ"ın bazasında Azərbaycanın qan yaddaşının səhifələrindən olan Xocalı faciəsinin 28-ci ildönümünə dair tədbir keçirilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl bu gün komanda ilə görüşüb.

Görüş faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Daha sonra T.Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqqında ətraflı danışıb və futbolçulara geniş məlumat verib.