Syerra-Leone millisinin baş məşqçisi təcavüzdə ittiham olunur

Syerra-Leone millisinin baş məşqçisi təcavüzdə ittiham olunur Syerra-Leonenin qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Abdulay Bax vəzifəsindən kənarlaşdırılıb
Futbol
200
27 Oktyabr , 2021 17:48
Syerra-Leone millisinin baş məşqçisi təcavüzdə ittiham olunur

Syerra-Leonenin qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Abdulay Bax vəzifəsindən kənarlaşdırılıb.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, mütəxəssis futbolçulara qarşı cinsi təcavüzdə və onlara hədə-qorxu gəlməkdə ittiham olunur.

Federasiyanın vitse-prezidenti bildirib ki, qurumda təcavüz iddiası ilə bağlı mesajların surətləri var. Baxın özü peşə fəaliyyətindən uzaqlaşdırılmağa razılaşsa da, ittihamların yalan və əsassız olduğunu söyləyib.

Qeyd edək ki, daha əvvəl Venesuelanın qadın futbolçulardan ibarət millisinin üzvləri keçmiş baş məşqçi Kennet Seremeti analoji hərəkətlərdə ittiham ediblər. Prokurorluq sözügedən mütəxəssisə qarşı cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi