Şvaynştayqer "Çikaqo"nun oyunçusu qismində rəsmən təqdim olunub

Şvaynştayqer "Çikaqo"nun oyunçusu qismində rəsmən təqdim olunub Onun yeni komandada debütü aprelin 1-də baş tuta bilər
Futbol
30 Mart , 2017 07:01
Şvaynştayqer Çikaqonun oyunçusu qismində rəsmən təqdim olunub

Bakı. 30 mart. REPORT.AZ/ Alman yarımmüdafiəçi Bastian Şvaynştayqer ABŞ-ın "Çikaqo Fayr" klubunun futbolçusu qismində təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə Amerika klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Uzadılma mümkünlüyü ilə bir il müddətinə nəzərdə tutulan müqavilənin şərtinə görə, "Mançester Yunayted"dən transfer olunan 32 yaşlı oyunçu ilinə 4,5 milyon dollar qazanacaq.

Şvaynştayqerin yeni klubunda debütü aprelin 1-də MLS çempionatının "Monreal"a qarşı keçiriləcək ev oyununda ola bilər.

Son xəbərlər

Orphus sistemi