Gürcüstanın iki yığma komandası "Keşlə"nin sabiq baş məşqçisi və futbolçusuna tapşırılıb

Gürcüstanın iki yığma komandası "Keşlə"nin sabiq baş məşqçisi və futbolçusuna tapşırılıb Bakı. 2 mart. REPORT.AZ/ Keşlə klubunun sabiq baş məşqçisi Zaur Svanadze Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sükanı arxasına keçib.
Futbol
2 Mart , 2019 16:12
Gürcüstanın iki yığma komandası Keşlənin sabiq baş məşqçisi və futbolçusuna tapşırılıb
"İnter" klubunun baş məşqçisi Zaur Svanadze / Report

Bakı. 2 mart. REPORT.AZ/ "Keşlə" klubunun sabiq baş məşqçisi Zaur Svanadze Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sükanı arxasına keçib.

"Report"un məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyası qərar qəbul edib. Svanadze bu təyinatadək Tbilisi "Dinamo"sunun baş məşqçisi idi. O, Azərbaycan klubuna 2015 - 2017-ci illərdə rəhbərlik edib.

"Keşlə"nin keçmiş müdafiəçisi Zurab Xizanişvili isə Gürcüstanın U-16 yığmasına baş məşqçi təyin olunub. Xizanişvili futbolçu karyerasını 2017-ci ildə məhz bu klubda başa vurub.

Son xəbərlər

Orphus sistemi