Superliqa klubunun prezidenti: "Türkiyə futbolu Azərbaycandan geri qalır"

Superliqa klubunun prezidenti: "Türkiyə futbolu Azərbaycandan geri qalır" Hurma geriləmədə hamının günahının olduğunu söyləyib
Futbol
160
17 Aprel , 2021 16:07
Superliqa klubunun prezidenti: Türkiyə futbolu Azərbaycandan geri qalır
Süleyman Hurma

Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük" klubunun prezidenti Süleyman Hurma ölkə futbolunun hazırkı vəziyyətini tənqid edib.

"Report"un məlumatına görə, funksioner "beIN Sports" telekanalına açıqlamasında Türkiyədə bu idman növünün getdikcə Azərbaycan və İran futbolundan geri qaldığını bildirib.

Hurma geriləmədə hamının günahının olduğunu söyləyib: "Şəxsi mənafeyimizə görə dövlətə futbolu necə idarə etməli olduğumuzu deyə bilmirik. Futbolla yaxından-uzaqdan əlaqəsi olmayanlar bizi mühakimə edirlər. Qanunlarımızı və baxışımızı dəyişsək, "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" maksimum 5 ildən sonra Avropanın ən zəngin klubları arasında olacaq".

Qeyd edək ki, "Fatih Karagümrük" komandası Superliqada 33 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi