Superliqa klubunda mövsüm ərzində 5-ci baş məşqçi

Superliqa klubunda mövsüm ərzində 5-ci baş məşqçi Türkiyənin "Erzurumspor" komandasının yeni baş məşqçisi açıqlanıb
Futbol
23 Mart , 2021 18:11
Superliqa klubunda mövsüm ərzində 5-ci baş məşqçi
İsmail Kartal

Türkiyənin "Erzurumspor" komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi İsmail Kartala tapşırılıb.

60 yaşlı mütəxəssis bu vəzifədə Mesut Bakkalı əvəzləyib.

Kartal "Erzurumspor"un cari mövsümdə 5-ci baş məşqçisidir. Komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.

Qeyd edək ki, "Erzurumspor" yarış cədvəlində 27 xalla 19-cu sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi